
8 futbolçumuz U-19, 6-sı isə qızlardan ibarət U-17 milli komandasında
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Yanvarın 29-dan fevralın 9-dək Türkiyənin Antalya şəhərində keçiriləcək hazırlıq prosesinə “Neftçi” PFK-nın 8 üzvü – Rüfət Abbasov, Fariz Xeyrullayev, Nurlan Musayev, Elcan Əbilov, Bahadur Quliyev, Rəvan Kazımlı, Ağadadaş Salyanski və Fərid Səfərli dəvət olunublar. Hazırlıq çərçivəsində üç yoxlama oyunu keçirəcək millimiz fevralın 2-də İraqın U-19, 6-da “Rux”un (Lvov, Ukrayna), 8-də isə “Antalyaspor”un əvəzdici komandaları ilə qarşılaşacaq.
6 futbolçumuz isə 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının düşərgəsindədir. Aydan Həsənova, Aytac Mirzəyeva, Lalə Abbaszadə, İntizar Haqverdiyeva, Məsumə Nəzərli və Ayşən Salamzadə yanvarın 30-dək Bakıda təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcəklər.
Tövsiyə olunur
-
“Neftçi” Futbol Akademiyası seleksiya məşqlərinə start verir
Akademiya 18 may 2022, 13:00 -
5 futbolçumuz Latviya yığmasına qarşı
Akademiya 17 may 2022, 12:55 -
Bütün komandalarımız pley-of mərhələsində qələbə qazanıb
Akademiya 16 may 2022, 13:47 -
7 futbolçumuz qızlardan ibarət U-17 milli komandasında
Akademiya 14 may 2022, 19:00