
20 yaşlı braziliyalı cinah yarımmüdafiəçisi “Neftçi”də
21 yanvar 2022, 20:55
“Neftçi” qış fasiləsində növbəti transferini reallaşdırıb. Braziliyalı cinah yarımmüdafiəçisi Gilyerme Pato ilə 2,5 illik müqavilə bağlanıb. 20 yaşlı futbolçu komandamızın heyətində 77 nömrəli formanı geyinəcək.
“İnternasional” (2020-2021; 6 oyun, 1 qol) klubunun yetirməsi olan Pato “Ponte Preta” (icarə, 2020; 33 oyun, 4 qol) və “Kuyaba”da (2021, 9 oyun) çıxış edib.
Qeyd edək ki, bundan əvvəl müdafiəçi Azər Salahlı və yarımmüdafiəçi Eddi İsrafilov transfer olunmuşdu.