“Neftçi” Şəhidlər Xiyabanını ziyarət etdi

19 yanvar 2022, 12:22

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 32 il ötür. Klub nümayəndələri, “Neftçi-2” komandasının və “Neftçi” Futbol Akademiyasının üzvləri Şəhidlər Xiyabanını ziyarət edərək Qanlı Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad ediblər, məzarlar önünə gül qoyublar.