“Neftçi” PFK təşəkkürnamə ilə təltif edilib

24 dekabr 2021, 12:18

“ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin 8 illik fəaliyyətinə həsr olunmuş “Könüldən 8 il” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova, “Neftçi” PFK-nın da təmsil olunduğu tərəfdaş qurumların nümayəndələri, digər könüllü təşkilatlarının rəhbərləri və ASAN könüllüləri iştirak ediblər.

“Neftçi” PFK davamlı tərəfdaşlığa görə təşəkkürnamə ilə təltif edilib. Təşəkkürnamə klubun vitse-prezidenti Elnur Eyvazova təqdim olunub.