“Neftçi-2” qış fasiləsinə səfər qələbəsi ilə yollandı

22 dekabr 2021, 16:47

“Neftçi-2” I Divizionun ilk dövrəsində sonuncu oyununu keçirib. Əvəzedicilərimiz 13-cü turda “Zaqatala”nın qonağı olub. Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda baş tutan matçda komandamız 1:0 hesabı ilə qalib gəlib. Qələbə qoluna 41-ci dəqiqədə Vüsal Əsgərov imza atıb.

Komandamızın üzvü Asim Əlizadə 41 və 58-ci dəqiqələrdə penaltidən yararlana bilməyib. “Zaqatala”dan Roini İsmayılov (40-cı dəqiqə) və Aleksandr Şemonayev (58-ci dəqiqə), “Neftçi-2”dən isə İnqilab Ələkbərov (70-ci dəqiqə) qırmızı vərəqə alıb.

Qeyd edək ki, “Neftçi-2” hazırda 12 oyundan 20 xalla 5-ci yeri tutur.