“Neftçi-2”dən böyükhesablı qələbə

17 dekabr 2021, 16:37

“Neftçi-2” I Divizionda böyükhesablı qələbə qazanıb. Əvəzedicilərimiz 12-ci turda MOİK-i 7:3 hesabı ilə məğlub edib. “Türk Hava Yolları Mərkəzi”ndə baş tutan matçda Asim Əlizadə het-trikə, Fərid Yusifli ilə Vüsal Əsgərov isə dubla imza atıblar. Rəqibin qollarını Emin Zamanov (avtoqol), Nurlan Məmmədov və İsa Zeynallı vurublar.

Qeyd edək ki, “Neftçi-2” 11 oyundan 17 xalla 7-ci yeri tutur.