
U-16 komandamız ardıcıl 6-cı qələbəsini qazandı
“Neftçi” U-16 Liqasında ardıcıl 6-cı qələbəsini qazanıb. Komandamız 11-ci turda “Sumqayıt”a 4:1 hesabı ilə qalib gəlib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda Enar Ağalarov dubla imza atıb. “Ağ-qaralar”ın digər qollarını Aslan Hətəmov və Rəhman Tahirli vurublar.
Qeyd edək ki, U-16 komandamız 10 oyundan 22 xalla liderlər qrupunda qərarlaşıb.