“Sumqayıt”la oyunun biletləri satışa çıxarıldı

3 dekabr 2021, 16:35

Premyer Liqanın 13-cü turu çərçivəsində dekabrın 5-i saat 16:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” oyununun biletləri satışa çıxarılıb. Qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, kassalar bu gün saat 18:00-dək, sabah 11:00-dan 18:00-dək, oyun günü isə 11:00-dan 16:00-dək işləyəcək.