“Neftçi-2” son dəqiqələrdə uduzdu

18 noyabr 2021, 17:57

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Komandamız 8-ci turda “Keşlə-2” ilə qarşılaşıb. Əvəzedicilərimiz “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüşün 89-cu dəqiqəsində buraxdığı qolla məğlub olub - 0:1.

Qeyd edək ki, “Neftçi-2” 7 oyundan 7 xalla 10-cu yeri tutur.