“Sabah”la oyunun biletləri satışda

18 noyabr 2021, 15:35

Premyer Liqanın 11-ci turu çərçivəsində noyabrın 20-si saat 18:15-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sabah” oyununun biletləri satışa çıxarılıb. Qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, kassalar bu gün saat 18:00-dək, sabah 11:00-dan 18:00-dək, oyun günü isə 11:00-dan 18:15-dək işləyəcək.