Gənclər Liqasında böyükhesablı qələbə

11 noyabr 2021, 17:30

“Neftçi” Gənclər Liqasında böyükhesablı qələbə qazanıb. Komandamız 7-ci turda “Zirə”ni 5:1 hesabı ilə məğlub edib. Ali Neft Akademiyasının stadionunda baş tutan matçda Bahadur Quliyev dubla imza atıb. “Ağ-qaralar”ın digər qollarını Fərid Səfərli, Elcan Əbilov və Aşqın Abazərov vurublar.

Qeyd edək ki, “Neftçi” 6 oyundan 16 xal toplayıb.