“Neftçi” “Qarabağ”a qalib gəldi

4 noyabr 2021, 18:17

“Neftçi” Gənclər Liqasında növbəti qələbəsini qazanıb. Komandamız 6-cı turda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda “ağ-qaralar”ın heyətində Elşən Mirzəzadə fərqlənib, Nihat Abbasov isə avtoqola imza atıb.

Qeyd edək ki, “Neftçi” 5 oyundan 13 xalla 2-ci yeri tutur.