“Neftçi” – “Zirə” matçı Rəvan Həmzəzadəyə tapşırıldı

22 oktyabr 2021, 19:10

Premyer Liqada 8-ci turun təyinatları açıqlanıb. “Neftçi” – “Zirə” oyununun baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Namiq Hüseynov və Cəmil Quliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Hakim-inspektor Ömər Paşayev, AFFA nümayəndəsi isə Eldəniz Musayev olacaq.

Qeyd edək ki, “Neftçi” – “Zirə” matçı sabah saat 18:15-də “Bakcell Arena”da keçiriləcək.