Aqil Məmmədov – 100

23 oktyabr 2021, 22:25

Bu gün Premyer Liqanın 8-ci turu çərçivəsində keçirilən “Zirə” ilə matç “Neftçi”nin qapıçısı Aqil Məmmədov üçün ikiqat əlamətdar olub. Təcrübəli qolkiper 2:1 hesablı qələbə qazandığımız görüşdə 100-cü dəfə ağ-qara formanı geyinib. Klub prezidenti Kamran Quliyev oyundan əvvəl “Neftçi” PFK ailəsi adından Aqil Məmmədova xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, Məmmədov Premyer Liqada 80, Azərbaycan kubokunda 8, avrokuboklarda isə 12 dəfə “Neftçi”nin şərəfini qoruyub.