“Neftçi”dən əzmkar qələbə

23 oktyabr 2021, 21:20

“Neftçi” Premyer Liqanın ikinci dövrəsində ilk oyununu keçirib. Komandamız 8-ci turda “Zirə” ilə qarşılaşıb. Görüşdən əvvəl oktyabrın 19-da dünyasını dəyişmiş, “Neftçi”nin və Azərbaycan Cüdo Federasiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri, federasiyanın baş katibinin müavini Elnur Əşrəfoğlunun əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

“Bakcell Arena”da baş tutan matçda flaqman əzmkar qələbə qazanıb - 2:1. Hesabı 6-cı dəqiqə “Zirə”nin futbolçusu Ağabala Ramazanov açsa da, “ağ-qaralar” Sezar Meza Kolli (39-cu dəqiqə) və Mirabdulla Abbasovun (84-cü dəqiqə) qolları ilə qalib gəlib.

Qeyd edək ki, “Neftçi” 8 oyundan 17 xalla 2-ci yeri tutur.