“Zirə” ilə oyunun biletləri satışa çıxarıldı

22 oktyabr 2021, 11:00

Premyer Liqanın 8-ci turu çərçivəsində oktyabrın 23-u saat 18:15-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyununun biletləri satışa çıxarılıb. Qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, kassalar bu gün saat 18:00-dək, oyun günü isə 11:00-dan 18:15-dək işləyəcək.