“Neftçi”dən Gənclər Liqasında növbəti qələbə

21 oktyabr 2021, 16:00

“Neftçi” Gənclər Liqasında növbəti qələbəsini qazanıb. Komandamız 4-cü turda “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda “ağ-qaralar”ın qollarını Cavanşir Şahbazlı və Fariz Xeyrullayev vurublar.

Qeyd edək ki, “Neftçi” 4 turdan sonra 10 xal toplayıb.