“Sumqayıt” – “Neftçi” matçını Elçin Məsiyev idarə edəcək

17 oktyabr 2021, 15:00

Premyer Liqada 7-ci turun təyinatları açıqlanıb. “Sumqayıt” – “Neftçi” oyununun baş hakimi Elçin Məsiyev olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək. Hakim-inspektor Asim Xudiyev, AFFA nümayəndəsi isə Elgiz Abbasov olacaq.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyunu oktyabrın 17-si saat 16:30-da “Kapital Bank Arena”da keçiriləcək.