“Neftçi-2” ilk qələbəsini qazandı

14 oktyabr 2021, 16:15

“Neftçi-2” bu mövsüm I Divizionda ilk qələbəsini qazanıb. Komandamız 4-cü turda “Qarabağ-2”ni 2:0 hesabı ilə məğlub edib. “ASK Arena”da baş tutan matçda qollara Xəqani Sadıxov (30-cu dəqiqə) və Nihad Qurbanlı (74-cü dəqiqə) imza atıblar.

Qeyd edək ki, “Neftçi-2” 4 oyundan 3 xal toplayıb.