“Sumqayıt”la oyuna hazırlıq davam edir

13 oktyabr 2021, 18:12

“Neftçi” Premyer Liqada birinci dövrənin son oyununa hazırlığını davam etdirir. “Qəbələ” ilə yoxlama matçının ertəsi bərpa məşqi edən komandamız birgünlük fasilədən sonra oktyabrın 12-də hazırlığa başlayıb.

Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqdə əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib. Hazırlıq prosesində milli komandaların düşərgəsinə yollanmışlardan başqa bütün futbolçular iştirak ediblər.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” matçı oktyabrın 17-si saat 16:30-da “Kapital Bank Arena”da keçiriləcək.