Gənclər Liqasında növbəti qələbə

7 oktyabr 2021, 16:20

“Neftçi” bu mövsüm Gənclər Liqasında ardıcıl ikinci qələbəsini qazanıb. “Ağ-qaralar” 2-ci turda “Keşlə”ni 2:1 hesabı ilə məğlub edib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan və “Neftçi TV” vasitəsilə canlı yayımlanan matçda komandamızın qollarını Bahadur Quliyev (15-ci dəqiqə) və Elşən Mirzəzadə (45+2-ci dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi” 2 turdan sonra 6 xal toplayıb.