Gənclər Liqasına qələbə ilə başladıq

30 sentyabr 2021, 16:37

“Neftçi” bu mövsüm Gənclər Liqasında ilk oyununu keçirib. “Ağ-qaralar” 1-ci turda “Neftçi” İK İB-ni 3:0 hesabı ilə məğlub edib. Lökbatan OİK-də baş tutan matçda komandamızın üzvü Ağadadaş Salyanski dubla imza atıb. Digər qolu isə Aşqın Abazərov vurub.

Qeyd edək ki, “Neftçi” 2-ci turda “Keşlə”ni qəbul edəcək.