“Sabah” – “Neftçi” matçını Əliyar Ağayev idarə edəcək

25 sentyabr 2021, 20:30

Premyer Liqada 5-ci turun təyinatları açıqlanıb. “Sabah” – “Neftçi” oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək. Hakim-inspektor Ceyhun Haşımov, AFFA nümayəndəsi isə Rüfət Əmirov olacaq.

Qeyd edək ki, “Sabah” – “Neftçi” oyunu sentyabrın 26-sı saat 17:00-da “Bank Respublika Arena”da keçiriləcək.