“Neftçi”nin futbolçusu AÇ-nin seçmə mərhələsində

24 sentyabr 2021, 16:30

17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Albaniyada keçirəcək oyunlar üçün heyəti açıqlanıb. “Neftçi” PFK-nın futbolçusu Aydan Həsənova da milliyə dəvət olunub.

Qeyd edək ki, milli komandamız sentyabrın 27-də Monteneqro, 30-da isə Albaniya yığması ilə qarşılaşacaq.