“Qol vurub qələbədə pay sahibi olduğum üçün sevincliyəm”
“Neftçi”nin yarımmüdafiəçisi Sezar Meza Kolli klubun rəsmi saytına açıqlama verib. “Keşlə”nin qapısından keçirilən 3 qoldan 1-cisinin müəllifi olan paraqvaylı futbolçu sevincli olduğunu bildirib:
“Çox şadam ki, qələbə qazandıq. Qol vurub qələbədə pay sahibi olduğum üçün də sevincliyəm. İlk hissənin sonunda əzələmdə narahatlıq hiss etdim deyə, fasilədə əvəzlənməli oldum. Ümumiyyətlə, bu gün yaxşı oynadıq. Növbəti matçlarda da yaxşı oyun göstərib qalib gəlməyə çalışacağıq”.
Tövsiyə olunur
-
Miodraq Bojoviç “Qarabağ”la cavab oyununu şərh etdi
A Komanda 24 aprel 2024, 22:31 -
Azərbaycan Kubokunda mübarizəni dayandırdıq
A Komanda 24 aprel 2024, 22:02 -
“Qarabağ”la cavab oyunumuzu Əliyar Ağayev idarə edəcək
A Komanda 24 aprel 2024, 14:24 -
Miodraq Bojoviçin “Zirə” ilə matç haqda fikirləri
A Komanda 20 aprel 2024, 22:37