Argentinalı futbolçu “Neftçi”də

17 sentyabr 2021, 18:55

“Neftçi” növbəti transferini həyata keçirib. Argentinalı futbolçu Xorxe Korrea ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı hücumameylli yarımmüdafiəçi komandamızın heyətində 7 nömrəli formanı geyinəcək.

Xorxe Korrea Argentinanın “Veles Sarsfild” (2010-2018), “Defensores de Belqrano” (2012-2013) və Portuqaliyanın “Maritimu” (2018-2021) klublarında çıxış edib. O, 2013-cü ildə “Veles Sarsfild”lə Argentina Superkubokunu qazanıb.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov, müdafiəçilər – Romen Bask, Huqo Basto və hücumçular – Ramon Maçado, Tiaqo Bezerranı transfer edib.