
Hayfada mətbuat konfransı və açıq məşq
UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 26-sı Bakı vaxtı ilə saat 21:00-da “Sammi Ofer” stadionunda keçiriləcək “Makkabi” (Hayfa) – “Neftçi” oyunu öncəsi komandamızın baş məşqçisi Samir Abasov və futbolçu Harramiz Suaresin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir avqustun 25-i Bakı vaxtı ilə saat 20:30-dan etibarən “Sammi Ofer” stadionunun mətbuat zalında keçiriləcək. Konfransdan sonra, saat 21:00-da isə komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
Eyni məkanda həmin gün saat 18:30-da rəqib komandanın mətbuat konfransı, 19:00-da isə açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
Qeyd edək ki, bu tədbirlərin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.
Tövsiyə olunur
-
Adrian Mutu: “Layiqli qələbə qazandıq”
A Komanda 30 sentyabr 2023, 20:34 -
“Neftçi” uğursuz seriyaya Tovuzda son qoydu
A Komanda 30 sentyabr 2023, 18:28 -
“Turan Tovuz”la səfər matçı Emin Əliyevə həvalə olundu
A Komanda 30 sentyabr 2023, 14:44 -
“Turan Tovuz”la oyunöncəsi son məşq
A Komanda 29 sentyabr 2023, 19:07