6-9 yaşlı uşaqlar arasında seçimlər davam edir

22 avqust 2021, 12:49

“Neftçi” Futbol Akademiyası 6-9 yaşlı (2012-2015-ci il təvəllüdlü) uşaqlar arasında seçimlər edir. Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti seleksiya məşqləri keçirilib.

Qeyd edək ki, avqustun 14-də başlayan seçimlər bu ayın 28-29-da və sentyabrın 4-5-də də təşkil olunacaq. Seçimlərdə iştirak edən uşaqların doğum haqda şəhadətnaməsi tələb olunur. Əlavə məlumat üçün +994 50 218 49 88, +994 77 219 50 32 nömrələri vasitəsilə əlaqə saxlaya bilərsiniz.