“Zirə” – “Neftçi” matçını Kamal Umudlu idarə edəcək

21 avqust 2021, 22:00

Premyer Liqada 2-ci turun təyinatları açıqlanıb. “Zirə” – “Neftçi” oyununun baş hakimi Kamal Umudlu olacaq. Ona Müslüm Əliyev və Kamran Bayramov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək. Hakim-inspektor Ömər Paşayev, AFFA nümayəndəsi isə Mübariz Hüseynov olacaq.

Qeyd edək ki, avqustun 22-si Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” oyunu saat 18:30-da başlanacaq.