6 futbolçumuz U-18 milli komandasında

17 avqust 2021, 10:50

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası avqustun 17-dən 24-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Hazırlıq prosesinə “Neftçi” PFK-nın 6 üzvü – Fariz Xeyrullayev, Hüseyn Məmmədzadə, Elcan Əbilov, Ağadadaş Salyanski, Bahadur Quliyev və Nurlan Musayev dəvət olunub.