“Neftçi” – “Makkabi” matçının biletləri sabah satışda olacaq

16 avqust 2021, 18:10

UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Makkabi” (Hayfa) oyununun biletləri sabah saat 12:00-da satışa çıxarılacaq. Qiyməti 5 (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 (3B) və 20 (3A) AZN təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə edə bilərsiz. Kassalar saat 10:00-dan 21:00-dək işləyəcək.

Xatırladaq ki, avqustun 19-u “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Makkabi” oyunu saat 21:00-da başlanacaq.