“Makkabi” ilə oyundan əvvəl mətbuat konfransı və açıq məşq

16 avqust 2021, 14:20

UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 19-u saat 21:00-da “Bakcell Arena” stadionunda keçiriləcək “Neftçi” – “Makkabi” oyunundan əvvəl komandamızın baş məşqçisi Samir Abasov və futbolçu Mert Çelikin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir avqustun 18-i saat 19:30-dan etibarən “Bakcell Arena”da keçiriləcək. Konfransdan sonra, saat 20:00-da isə komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

“Bakcell Arena”da həmin gün saat 17:30-da rəqib komandanın mətbuat konfransı, 18:00-da isə açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Qeydiyyatdan keçmiş jurnalistlərə avqustun 18-i saat 12:00-dan etibarən “Bakcell Arena”da “Neftçi TV”nin ofisində oyun üçün akkreditasiyalar təqdim ediləcək. Mətbuat konfransında iştirak edəcək media nümayəndələrinə xüsusi vəsiqə veriləcək. Onlardan tibbi maskadan istifadə etmək və digər qaydalara əməl etmək xahiş olunur.

Qeyd edək ki, hər iki komandanın mətbuat konfransı və açıq məşqinin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.