“Neftçi”nin 3 üzvü Bosniya və Herseqovina yığmasına qarşı

16 avqust 2021, 13:10

“Neftçi” PFK-nın 3 üzvü 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət olunub. Rüfət Abbasov, Murad Məmmədov və Ömər Qurbanov avqustun 17 və 19-da Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət millisi ilə bu ölkədə təşkil olunacaq yoldaşlıq oyunlarına çağırılıblar.