Çempion heç-heçə ilə başladı

15 avqust 2021, 22:45

“Neftçi” bu mövsüm Azərbaycan Premyer Liqasında ilk oyununu keçirib. Komandamız 1-ci turda “Qəbələ” ilə heç-heçə edib - 2:2. “Bakcell Arena”da baş tutan oyunda “ağ-qaralar”dan Fəhmin Muradbəyli (55-ci dəqiqə) və Voislav Stankoviç (76-cı dəqiqə), rəqibdən isə İsnik Alimi (67-ci dəqiqə - pen) və Ülvi İsgəndərov (84-cü dəqiqə) fərqlənib.