HİK-lə cavab matçının hazırlığı yekunlaşdı

11 avqust 2021, 22:30

“Neftçi” UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Finlandiyanın HİK klubu ilə cavab matçından əvvəl son məşqə çıxıb. “Bolt Arena”da keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub və “Neftçi TV” vasitəsilə canlı yayımlanıb.

Qeyd edək ki, avqustun 12-si “Bolt Arena”da keçiriləcək HİK – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.