“Neftçi” Futbol Akademiyası seleksiya məşqlərinə start verir

10 avqust 2021, 11:00

“Neftçi” Futbol Akademiyası 6-9 yaşlı (2012-2015-ci il təvəllüdlü) uşaqlar arasında seçimlərə start verir. Seçimlər 14-15, 21-22, 28-29 avqust və 4-5 sentyabr tarixlərində “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçiriləcək və saat 10:00-da başlayacaq.

Qeyd edək ki, seçimlərdə iştirak edəcək uşaqların doğum haqda şəhadətnaməsi tələb olunacaq. Əlavə məlumat üçün +994 50 218 49 88, +994 77 219 50 32 nömrələri vasitəsilə əlaqə saxlaya bilərsiniz.