“Neftçi”nin 3 futbolçusu U-17 milli komandasında

9 avqust 2021, 15:40

“Neftçi” PFK-nın 3 üzvü 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət olunub. Rüfət Abbasov, Murad Məmmədov və Ömər Qurbanov avqustun 10-dan 16-dək Bakıda təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcəklər.