Səfər oyunu öncəsi mətbuat konfransı və açıq məşq

6 avqust 2021, 19:30

UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 12-si Bakı vaxtı ilə saat 20:00-da “Bolt Arena” stadionunda keçiriləcək HİK – “Neftçi” oyunu öncəsi komandamızın baş məşqçisi Samir Abasov və paraqvaylı futbolçu Sezar Meza Kollinin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir avqustun 11-i Bakı vaxtı ilə saat 19:30-dan etibarən “Bolt Arena”nın mətbuat zalında keçiriləcək. Konfransdan sonra, saat 20:00-da isə komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Eyni məkanda həmin gün saat 12:00-da rəqib komandanın açıq məşqi (ilk 15 dəqiqəsi), 13:45-də isə mətbuat konfransı olacaq.

Qeyd edək ki, bu tədbirlərin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.