Cavab oyununa hazırlıq start götürdü

6 avqust 2021, 12:54

“Neftçi” UEFA Avropa Liqasının III təsnifat mərhələsində qarşılaşacağı HİK-lə cavab matçının hazırlığına başlayıb. İlk oyunun ertəsi bərpa məşqi keçib, sonrakı gün istirahət edən komandamızın üzvləri bu gün səhər klubun inzibati binasının yerləşdiyi bazada məşqə çıxıblar. Fitnez zalında müxtəlif fiziki təmrinlər edən futbolçular meydanda toplu çalışmaları yerinə yetiriblər.

Qeyd edək ki, HİK-lə cavab görüşü avqustun 12-si Bakı vaxtı ilə saat 20:00-da “Bolt Arena”da keçiriləcək.