HİK-lə səfər matçı “İdman TV”də

5 avqust 2021, 17:00

“Neftçi”nin UEFA Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyanın HİK klubu ilə keçirəcəyi cavab matçını yayımlayacaq telekanal müəyyənləşib. Avqustun 12-si Bakı vaxtı ilə saat 20:00-da “Bolt Arena” stadionunda baş tutacaq oyun “İdman TV” vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, bu komandalar arasında “Bakcell Arena”da keçirilən ilk oyun 2:2 hesabı ilə nəticələnib.