“Neftçi”nin Konfrans Liqasındakı mümkün rəqibləri müəyyənləşdi

2 avqust 2021, 16:20

Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə görə, “Neftçi” – HİK cütündən məğlub olan tərəf pley-off mərhələsində “Makkabi” (Hayfa, İsrail) – HB (Farer adaları) matçında qalib komanda ilə qarşılaşacaq.

Qeyd edək ki, HİK-lə ilk oyun avqustun 3-ü saat 21:00-da “Bakcell Arena”da, cavab matçı isə ayın 12-si Bakı vaxtı ilə saat 20:00-da “Bolt Arena”da keçiriləcək. Konfrans Liqasının pley-off mərhələsinin görüşləri avqustun 19 və 26-da baş tutacaq.