“Neftçi”nin AL-dəki potensial rəqibi “Fənərbaxça” oldu

2 avqust 2021, 15:20

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə görə, “Neftçi” – HİK cütünün qalibi pley-off mərhələsində qardaş Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, HİK-lə ilk oyun avqustun 3-ü saat 21:00-da “Bakcell Arena”da, cavab matçı isə ayın 12-si Bakı vaxtı ilə saat 20:00-da “Bolt Arena”da keçiriləcək. Avropa Liqasının pley-off mərhələsinin görüşləri avqustun 19 və 26-da baş tutacaq.