Cavab oyunumuzda məşhur hakim
UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 12-si Bakı vaxtı ilə saat 20:00-da “Bolt Arena”da keçiriləcək HİK – “Neftçi” matçının təyinatları açıqlanıb. Oyuna Almaniyadan olan hakimlər təyinat alıblar. Baş hakim məşhur FİFA referisi, Çempionlar Liqasının bir çox vacib matçlarını idarə etmiş türk əsilli Deniz Aytekin olacaq. Ona Kristian Ditz və Markus Zinn kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək.
UEFA nümayəndəsi Aldi Topçiu (Albaniya), hakim-inspektor isə Robert Sedlasek (Avstriya) olacaq.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 3-ü “Bakcell Arena”da baş tutacaq və saat 21:00-da start götürəcək.