“Neftçi” ilk turda “Qəbələ” ilə qarşılaşacaq

30 iyul 2021, 14:16

Bu gün Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün püşkatma mərasimi keçirilib. AFFA-nın inzibati binasında baş tutan və “Neftçi TV” vasitəsilə canlı yayımlanan püşkün nəticəsinə görə “Neftçi” ilk turda “ev”də “Qəbələ” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk turun oyunları avqustun 14-də start götürəcək.