HİK-lə oyuna KİV nümayəndələrinin qeydiyyatı başlandı

29 iyul 2021, 13:45

“Neftçi” PFK-nın UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 3-ü saat 21:00-da Finlandiyanın HİK klubu ilə “Bakcell Arena”da keçirəcəyi matça KİV nümayəndələrinin qeydiyyatı başlanıb. Oyuna akkreditasiya almaq istəyən media nümayəndələrindən tələb olunanlar:

1. Ad, soyad

2. Təmsil etdiyi KİV

3. Vəzifə

4. Şəkil

5. 2020/2021 mövsümü üçün nəzərdə tutulan PFL akkreditasiyası (mütləqdir)

Qeyd olunan məlumatlar avqustun 1-i saat 18:00-dək [email protected] e-mail ünvanına göndərilməlidir. Müraciətlərinə [email protected] cavab alanlar qeydiyyatdan keçmiş hesab olunacaqlar.

DİQQƏT:

- Yerlər məlum səbəblərdən asılı olaraq az olduğu üçün hər bir KİV-dən maksimum 1 nəfər akkreditasiya əldə edə biləcək;

- Yalnız 10 nəfər  FOTO akkreditasiyası əldə edə biləcək;

- Hər bir telekanal maksimum 1 nəfər müxbir, 1 nəfər operatorla təmsil oluna bilər;

- Mətbuat konfransında iştirak etmək istəyən media nümayəndəsi bu istəyini göndərəcəyi e-maildə bildirməlidir. E-mail vasitəsilə təsdiq alan həmin media nümayəndələrinə xüsusi vəsiqə veriləcək və yalnız o şəxslər mətbuat konfransına buraxılacaqlar;

- Akkreditasiya əldə edəcək şəxslərin təyin olunması zamanı əsas üstünlük idman mediasına veriləcək. Həmçinin qeyri-idman mediasından ötən mövsüm “Neftçi”nin Azərbaycan çempionatı oyunlarında iştirak edən və oyunları işıqlandıran jurnalistlər də bu siyahıya aid ediləcək;

Qeydiyyatdan keçən və bu haqda təsdiq e-maili alan media nümayəndələri akkreditasiyalarını 02.08.2021-ci il saat 12:00-dan etibarən oyunöncəsi mətbuat konfransı başlayanadək “Bakcell Arena”da “Neftçi TV”nin ofisindən götürə biləcəklər. Akkreditasiyasız KİV nümayəndələri stadiona buraxılmayacaqlar.

Qeyd edək ki, hazırda davam edən COVİD-19 pandemiyasına və UEFA-nin yeni oyun əsasnaməsinə görə stadiona məhdud sayda jurnalist buraxılacaq. Bütün bu addımları atmaq məcburiyyətində qaldığımızı nəzərə alıb, bizi anlayışla qarşılamağınızı xahiş edirik.