“Neftçi” – HİK matçı avqustun 3-də keçiriləcək

29 iyul 2021, 02:00

“Neftçi” Avropa Liqasının III təsnifat mərhələsində  Finlandiyanın HİK (Helsinki) klubu ilə qarşılaşacaq. İlk oyun avqustun 3-ü saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 12-də Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq.