“Neftçi” mübarizəni Avropa Liqasında davam etdirəcək

28 iyul 2021, 23:25

“Neftçi” Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununu keçirib. Komandamız “Bakcell Arena”da Yunanıstanın “Olimpiakos” klubuna 0:1 hesabı ilə məğlub olub. Yeganə qolu 15-ci dəqiqədə Giorqos Masuras vurub.

Bununla da Çempionlar Liqasında mübarizəni dayandıran “ağ-qaralar” yoluna Avropa Liqasında davam edəcək. “Neftçi” III təsnifat mərhələsində Finlandiyanın HİK (Helsinki) klubu ilə qarşılaşacaq.

“Neftçi”: 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K), 10.Sezar Meza Kolli (21.İsmayıl Zülfüqarlı, 65), 11.Harramiz Suares, 14.Romen Bask, 24.Yusuf Laval (70.Asim Əlizadə, 82), 26.Ömər Buludov (22.Mirabdulla Abbasov, 31/19.Fəhmin Muradbəyli, 82), 29.Sabir Buqrin (97.Xəyal Nəcəfov, 82), 36.Mamadu Kane.

Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 94.Əlirza Müştəbəzadə, 4.Huqo Basto, 37.Vüsal Əsgərov, 72.Emin Zamanov.

Baş məşqçi: Samir Abasov

“Olimpiakos”: 88.Konstantinos Tsolakis, 3.Ruben Semedo, 9.Ahmed Hassan (11.Yussef El Arabi, 86), 18.Pyer Kunde Malonq, 19.Giorqos Masuras, 24.Usseynu Ba, 25.Svetozar Markoviç, 27.Kenni Lala, 28.Matye Valbuena (K) (97.Lazar Randyeloviç, 76), 66.Pape Abu Sisse, 90.Vasilis Surlis (17.Marios Vrusay, 82).

Ehtiyat oyunçular: 1.Tomaş Vaçlik, 44.İlyas Karargiris, 12.Alqassime Ba, 20.Nikola Çumiç, 34.Avraam Papadopulos, 53.Nikitas Nikolis, 55.Xristos Liatsos.

Baş məşqçi: Pedro Martins