“Olimpiakos”la cavab matçının hazırlığı başa çatdı

27 iyul 2021, 22:50

“Neftçi” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı “Olimpiakos”la cavab oyunu öncəsi son məşqə çıxıb. “Bakcell Arena” stadionunda keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub və “Neftçi TV” vasitəsilə canlı yayımlanıb.

Qeyd edək ki, iyulun 28-i “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Olimpiakos” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.