“Neftçi”nin 3 üzvü Gürcüstan yığmasına qarşı

26 iyul 2021, 12:30

“Neftçi” PFK-nın 3 üzvü 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət olunub. Hüseyn Babayev, David Orucov və Rza Cəfərov iyulun 26-dan avqustun 7-dək Bakıda təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcəklər. Millimiz hazırlıq çərçivəsində avqustun 3 və 6-da gürcüstanlı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcək.