Cavab oyununa hazırlıq start götürdü

24 iyul 2021, 21:14

“Neftçi” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı “Olimpiakos”la cavab matçının hazırlığına başlayıb. Yunanıstanda keçirilmiş ilk oyundan sonra Bakıya qayıdaraq istirahət edən komandamızın üzvləri bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıblar. Əsasən fiziki və toplu çalışmalardan ibarət olan hazırlıq prosesi “Neftçi TV” vasitəsilə canlı yayımlanıb.

Qeyd edək ki, “Olimpiakos”la cavab görüşü iyulun 28-i saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.